Axtarışda olan Bakı sakini Şirvanda narkotiklə saxlanılıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 2 aprel tarixində xəbər verir.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Rzayev üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. E.Rzayev barəsində cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.