Ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən paytaxt sakinləri saxlanılıblar. Bu haqda 21 yanvar tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ayrı-ayrı inzibati rayonların ərazisində reydlər keçirib. Reydlər zamanı qanunsuz ov edən brakonyerlər aşkarlanıb. Məlum olub ki, onlar Bakı şəhər sakinləri Rəsul Məmmədov, Mahmud Əliyev, Bəydəmir Məmmədov və Hüseyn Sultanovdur. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.