Bakı metrosunun "Azadlıq Prospekti" stansiyasında orta yaşlı qadın qatar yoluna düşüb. Bu haqda Report xəbər verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, hadisə 8 fevral, saat 21:54-də "Həzi Aslanov-Dərnəgül" xəttində qatarın hərəkəti zamanı qeydə alınıb.
Qatar stansiyaya daxil olan zaman qadın qatar yoluna düşüb.
Dərhal gərginliyin verilişi dayandırılıb, təcili tibbi yardım çağırılıb. Qadın stansiya yolundan çıxarılıb. O, sağdır.
Hadisə baş verdikdən 10 dəqiqə sonra gərginlik verilib və qatar yola salınıb.
Faktla bağlı araşdırma aparılır.