Azadlıq prospektində qəza olub. Bu haqda 9 aprel tarixində Trend xəbər verib.
“BMW” və “Opel” markalı avtomobillər toqquşaraq qəza törədiblər. Nəticədə yolda tıxac yaranıb.
Qəza zamanı ölən və yaralanan olmayıb, lakin avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.