Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Pərvin Həsənova vəfat edib. Bu haqda Oxu.az 23 mart tarixində xəbər verib.
Pərvin Həsənova 83 yaşında dünyasını dəyişib.
Bakı Dövlət Universitetinin məzunu olan Pərvin Həsənova 1966-75-ci illərdə BDU-nun Elmi Kitabxanasında şöbə müdiri olub.
1975-78-ci illərdə BDU-nun Estetika və etika kafedrasında aspiranturanın əyani şöbəsində oxuyub. 1978-81-ci illərdə həmin kafedrada baş laborant işləyib.