Bakıda 3 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Report-a istinadən 17 fevral tarixində xəbər verir.
Paytaxtın suraxanı rayonunda Bakı şəhər sakini Tural Quliyev vətəndaşlar - Habil Nəsirov, Rza Quliyev və Səbuhi İsmayılova özünü Dövlət Sosial Müdafiə Fondunun sürücüsü kimi təqdim edib.
Qazandığı etibardan sui istifadə edərək həmin şəxsləri müxtəlif dövlət qurumlarında sürücü vəzifəsinə düzəldəcəyini deyən T. Quliyev hərəsindən ayrı-ayrılıqda 3 min manat olmaqla, ümumilikdə 9 min manat pul alıb.
Vədinə əməl etməyən T. Quliyev barəsində hər üç şəxs Suraxanı Rayon Polis İdarəsinə müraciət edib.
T.Quliyev saxlanılıb və zərərçəkənlərə vurduğu maddi ziyan ödətdirilib.