Bakıda iki nəfər at əti satarkən saxlanılıb, iş məhkəməyə göndərilib. Bu haqda 15 mart tarixində Report məlumat verib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları təmiz mal əti adı altında 300 kq yarasız at əti satan iki Bakı sakinini saxlayıb. Onlara qarşı Dələduzluq maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.
Bu il Bakı şəhərinin sakinlərinə "təmiz mal əti" adı ilə 3300 kq yararsız ət satılıb.