Paytaxt ərazisində avtomobillərin şüşəsini qıraraq oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Salyan rayon sakini Tərlan Abdullayev Binəqədi rayonunda 5, Qaradağ və Yasamal rayonlarında isə 2 avtomobilə ziyan vurub. O, nəqliyyat vasitələrindən pul, telefon, maqnitofon və digər qiymətli əşyalar götürüb.
Şübhəli şəxs saxlanılan zaman, onun üzəridnən heroin də aşkar edilib. Araşdırmalar davam edir.