Bakıda avtoxuliqanlıq edən “Range Rover” sürücüsü həbs edilib. Bu haqda 19 mart tarixində APA məlumat verib.
Səbail rayonunda “Range Rover” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Bundan əlavə, sürücü yol polisinin “saxla” əmrinə tabe olmayıb.
Daha sonra Xətai rayonunda, Neapol dairəsində sürücü yenidən kobud qayda pozuntusuna yol verərək polisin “saxla” işarəsinə məhəl qoymayıb. Nəticədə sürücü, paytaxt sakini Orxan Əyyubov polis əməkdaşları tərəfindən saxlanılıb və o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.
[caption id="attachment_37783" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]