İstifadəyə yararsız əti Bakıda satan dəstə tutulub. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xaçmaz rayonu ərazisində ölmüş atların ətini ucuz qiymətə alaraq Bakı şəhərində müxtəlif ictimai iaşə obyektlərinə mal əti adı altında satan 3 nəfər saxlanılıb.
Onların ətləri saxlama yerlərinə baxış keçirilən zaman 4 tondan artıq istifadəyə yararsız ət aşkarlanıb.
Araşdırmalar davam edir.