Bakıda yolun qırağında dayanan avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Sürücü nəqliyyat vasitəsini qısa müddətlik yolun kənarında saxlayaraq yaxınlıqdakı mağazaya daxil olub. Bu zaman avtomobilin yanından keçən naməlum şəxs pəncərənin açıq olduğunu görüb və içəridən telefonu götürərək həmin yerdən uzaqlaşıb.
Oğurluq anı təhlükəsizlik kameraları ilə lentə alınıb.