Bakıda iki evdə silah-sursat aşkarlanıb. Bu haqda 14 fevral tarixində APA məlumat verib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İ.Əliyevin yaşadığı mənzilə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron tapılıb.
Daha bir əməliyyat nəticəsində Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Y.Tanrıverdiyevin kirayədə yaşadığı evdən alışdırıcısı ilə birgə M75 tipli əl qumbarası aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.