Bakıda narkotacir saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 23 aprel tarixində xəbər verir.
Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Kamil Əliyev saxlanılıb. Üzərinə baxış zamanı1 kiloqramdan artıq heroin aşkar edilib.
Kamil Əliyev ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu və sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirdən əldə etdiyini etiraf edib.
Faktlarla bağlı istintaq tədbirləri davam edir.
[caption id="attachment_41837" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]