Bakı Kənar dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 aprel tarixində Avtosfer.az məlumat verib.
“Toyota Prius” markalı 77-CH-738 dövlət nömrə nişanlı avtomobil beton arakəsmələrə çırpılıb. Hadisə yerinə gələn polis əməkdaşları xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərib.
Qəza səbəbindən yolda sıxlıq yaranıb.