İnternat məktəbinin direktorunun ərzaqları şəxsi avtomobilinə yüklətdirdiyi ilə bağlı videogörüntülər yayılıb. Bu haqda Oxu.az xəbər verib.
Sosial şəbəkələrdə yayılan görüntülər 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində qeydə alınıb. Məlumata əsasən məktəbin direktoru Bahar Kərimova məktəbin ərzağını anbardan öz şəxsi maşınına yüklətdirərək daşıtdırıb.
İddia edilib ki, direktor həmin ərzaqları müəyyən yerlərdə satışa çıxarır.