Bakıda Lənkəran rayon sakininə məxsus avtomobili yandıran şəxslər polis tərəfindən tutulub. Bu haqda BakuPlus.az APA-ya istinadən 22 mart tarixində xəbər verir.
Martın 19-da Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus “Ford Transit” markalı avtomobilin mühərrik və yük yerini yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı istintaq tədbirləri davam edir.