Ötən gün əsən güclü küləyin Bakıda törətdiyi fəsadları məlum olub. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hava şəraitinin törətdiyi fəsadlar nəticəsində 9 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onların 8-i qadın, bir nəfəri isə 16 yaşlı yeniyetmə olub. Yaralıların hər biri evə buraxılıb.
Bundan əlavə, güclü külək səbəbindən paytaxtda 48 ağac aşıb.