Hava limanı yolunda işıqları söndürüb hərəkət edən sürücü cərimələnib. Bu haqda 19 yanvar tarixində Avtosfer.az məlumat verib.
Bakının hava limanı yolunda axşam saatlarında işıqları sönülü vəziyyətdə hərəkət edən avtomobil sürücüsü Murad Məmmədov saxlanılıb. Məlum olub ki, yük avtomobilinin xarici işıq cihazları nasaz olub.
Faktla bağlı Məmmədov İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunub.