Bakıda tikinti-interyer materiallarının satışı ilə məşğul olan şirkətin rəhbəri qəflətən dünyasını dəyişib. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 6 may tarixində xəbər verir.
"Yasharoghlu NN Group" MMC-nin rəhbəri, 37 yaşlı Nurlan Yaşaroğlu ürək tutması səbəbindən vəfat edib.
Nurlan, həmçinin həvəskar musiqiçi kimi fəaliyyət göstərib. O, sosial şəbəkə səhifəsində ölümündən bir neçə saat əvvəl canlı ifasını paylaşıb.