Vətəndaşlardan külli miqdarda pul mənimsəməklə təqsirləndirilən şəxs saxlanılıb. Bu barədə bu gün, 23 aprel taixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onların etibarından sui-istifadə edərək külli miqdarda pul vəsaitlərini ələ keçirib.
Vətəndaşların şikayətləri araşdırılıb və onların F.Abdinov barəsində qeyd etdikləri qanunsuz hərəkətlər öz təsdiqini tapıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Abdinova qarşı ittiham irəli sürülüb və o, şübhəli şəxs qismində saxlanılıb.
İstintaq müəyyən edib ki, Abdinov dələduzluq yolu ilə zərərçəkmiş şəxslərin ümumilikdə 178.000 manat pulunu talayıb.
Abdinovun qanunsuz əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinin növbətçi şöbəsinə, ərazi polis orqanlarına və yaxud Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.