Bakıda qətl törətməkdə təqsirləndirilən xarici vətəndaşa hökm oxunub. Bu haqda 31 mart tarixində Report məlumat verib.
Binəqədi rayonunda ötən ilin iyul ayında Özbəkistan vətəndaşı 42 yaşlı Elçin Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı, 47 yaşlı Nailə Əliyevanı bıçaqlayaraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Ələkbərov 18 il müddətinə azadlıqdan məhrum edilib.