Paytaxtda öz övladlarını görmək üçün gedən kişi döyülərək öldürülüb. Bu haqda bu gün, 24 yanvar tarixində Oxu.az mərhumun qardaşı Elşən Atakişiyevə istinadən məlumat yayıb.
Mərhumun qardaşının sözlərinə görə, döyülən şəxs bu gün dünyasını dəyişib.
43 yaşlı Ramil Atakişiyev yanvarın 19-da uşaqlarını görmək üçün keçmiş həyat yoldaşının evinə gedib. Orada o, naməlum şəxs tərəfindən döyülüb.
Atakişiyev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, bu gün o, dünyasını dəyişib.