Bakıda həbsxanada məhbus özünü öldürüb. Bu haqda 20 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanan məhbus Yaşar Əbdürrəhmanov kamerada özünü asaraq intihar edib. İntihar səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma davam edir.