49 saylı “İntellekt” lisey-məktəbinin rəhbərliyi tərəfindən sinifdə şagirdlərin tədris prosesinə uyğun olmayan hərəkətlərə yol verməsi ilə bağlı videogörüntülərlə bağlı müvafiq araşdırma aparılır.
Bu haqda bu gün, 28 yanvar tarixində Trend Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verib.
Bir müddət əvvəl sosial şəbəkələrdə şagirdlərin dərsdə qeyri-etik davranışlarını əks etdirən videogörüntülər yayılıb.