Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 9 may tarixində xəbər verir.
Dərnəgül qəsəbəsi ərazisindəki mağazalardan birinin anbarından 2500 manat dəyərində elektrik naqilini oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Pərvin İsmayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.