Bakıda narkotacir saxlanılıb. Bu haqda 21 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan Bakı şəhər sakini Rəşad Tanrıverdiyev saxlanılıb və istintaqa cəlb edilib. Onun üzərində altı büküm heroin və iki büküm metamfetamin aşkarlanıb.
Rəşad Tanrıverdiyev barəsində həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.