Ziya Bünyadov prospektində 2 fevral, saat 18:00 radələrində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az xəbər verir.
Belə ki, eyni istiqamətdə hərəkət edən “Mitsubishi”, “KİA” və “Daewoo” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə hadisə zamanı xəsarət alan olmayıb, avtomobillərə isə maddi ziyan dəyib.
Hadisənin pik saatlarda baş verməsi nəticəsində “20 Yanvar” metrosu istiqamətində müvəqqəti tıxac yaranıb.