Bakıda 3 qız itkin düşüb. Bu haqda 22 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Sabunçu rayon sakini Aydan Əliyeva 5 avqust tarixində evdən çıxaraq geri qayıtmayıb.
Digər hadisə Nizami rayonunda olub. 14 yaşlı Şəlalə Allahverdiyeva evdən gedərək qayıtmayıb.
Həmçinin Nizami rayon sakini Kezban Darılmaz avqustun 16-da rəfiqəsinin evinə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Faktlarla bağlı polis tərəfindən əməliyyat-axtarış işləri aparılır.