Bakıda “Lada Priora” markalı avtomobili idarə edən sürücü qəzaya uğrayaraq xəsarət alıb. Bu haqda bu gün, 17 mart tarixində Trend məlumat verib.
Verilən məlumata əsasən, sürücü idarəetməni itirərək avtomobili aşırıb. Sürücü sıxılı vəziyyətdə qalaraq yaxınlıqdakı şəxslərin köməkliyi ilə avtomobildən çıxarılıb.
Bildirilir ki, həmin şəxs ağır xəsarətlər alıb.