Bakıda qarğalar iki nəfərin üstünə hücum edib. Bu haqda 26 aprel tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Dənizkənarı bulvar ərazisində qarğalar iki əcnəbiyə (ərəblərə) hücum edib. Faktla bağlı BDU-nun zoologiya kafedrasının müdüri Əbülfəz Tağıyev bildirib ki, boz qarğaların hal-hazırda cütləşmə dövrüdür. Bununla da onlar ağaclarda yuva qurmağa başlayırlar. Qarğalar yuva qurduğu ağacların yanından keçən insanları potensial təhlükə bilirlər və onlara hücum edirlər.
Əbülfəz Tağıyev bildirib ki, qarğaların yuvalarını bulvardan kənar, az insan olan yerlərdə qurmaqları üçün çalışmaq lazımdır. Buna isə bulvar işçiləri nəzarət etməlidirlər, onları qovmalıdırlar.