Bakı şəhəri ərazisində bu gün, 7 fevral tarixində 3 nəfərin meyiti tapılıb. Oxu.az məlumat verib.
Allahverdi Əliyevin meyiti Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı evdə tapılıb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Daha bir hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Sabunçu qəsəbəsindəki mənzillərin birində kişi meyiti tapılıb. Araşdırma zamanı onun 58 yaşlı İslam Mehdiyev olduğu müəyyən edilib. Meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb.
Digər hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 61 yaşlı Nazim Səmədov yaşadığı evdə ölü tapılıb.
Hər üç faktla bağlı araşdırmalar aparılır.