Bakıda 31 yaşlı kişi itkin düşüb. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Əqli qüsurlu olan E.Quliyev ötən gün səhər saatlarında Metropolitenin 28 May stansiyası istiqamətində getmək üçün evdən çıxıb. Bir müddət sonra, o, “Əhmədli” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb, lakin onları sağlam olduğuna inandıraraq saat 14:00 radələrində bölməni tərk edib.
Hazırda onun harada ola biləcəyi barədə məlumat yoxdur. Axtarışlar davam edir.
04.03.2022 11:35 - Yenilənib
Bakıda itkin düşən 31 yaşlı kişi tapılıb. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı sakini Elşad Quliyev Metropolitenin “Əhmədli” stansiyası yaxınlığında polis əməkdaşları tərəfindən aşkarlanıb.
O, 2 mart tarixində evdən çıxaraq geri qayıtmamışdır.