Bakıda Ucar rayon sakini özünü asıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 20 aprel tarixində xəbər verir.
Paytaxtda işləyən Ucarın Alpout kənd sakini, 24 yaşlı Araz Xəlilli özünü Bakı şəhərindəki iş yerində asıb. Mərhumun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Mərhumun meyiti rayona gətirilərək kənd qəbiristanlığında dəfn olunub.
Faktla bağlı araşdırma aparılır.