Bakıda sürücü yol qaydalarını kobud şəkildə pozub. Bu haqda bu gün, 15 aprel tarixində Oxu.az məlumat verib.
“Chevrolet Cruze” markalı avtomobilin sürücüsü qoşa xəttin tələblərini pozaraq yolun qarşı zolağına çıxıb və piyada keçidindən yolu keçən vətəndaşların həyatını təhlükəyə atıb.
Hadisə zamanı xəsarət alan olmayıb.