İsmayıllı rayonu, Lahıc qəsəbəsində oğurluq törətməkdə şübhəli bilinən paytaxt sakini və onun qardaşı saxlanılıb. Bu haqda Bakuplus.az bu gün, 20 aprel tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Aprelin 18-nə keçən gecə İsmayıllı Rayon Polis Şöbəsinə rayonun Lahıc qəsəbəsində yerləşən misgərlik mağazasından 9200 manat, yaşayış binasından isə 420 manat dəyərində mis qabların oğurlanması barədə müraciət daxil olub.
Aparılan axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Murad Abdullayev və qardaşı, Bakı şəhər sakini Timur müəyyən edilərək saxlanılıblar.