Bakıda dənizdən borular çıxararaq satan şəxslərin cəzası bəlli olub. Bu haqda bu gün, 28 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Nurşah” MMC-nin qanuni təmsilçisi və direktoru olan R.Cəfərov və cəmiyyətin fəaliyyətinə rəhbərlik edən R.Şahmarova şərti cəza veriblər.
Onlar Xəzər dənizində “Böyük Zirə” adası ətrafında Azərsu ASC-yə məxsus 1970-1990-cı illərdə quraşdırılmış sualtı boruları oğurlamaqda və ümumilikdə 818 metrə yaxın borunu götürməklə dövlət qurumuna 640.000 manatdan çox ziyan vurmaqda ittiham olunurdular.