Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda Avtosfer.az xəbər verib.
Ötən gün paytaxt ərazisində "UBER" taksi şirkətinə məxsus avtomobil "KİA" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən "KİA"nın qabaq təkəri, taksi maşınının isə arxa qapısının dəmiri yerindən çıxıb.
Qəzada ölən və yaralanan yoxdur. Avtomobillərə ciddi ziyan dəyib.