Bakıda narkoman oğrular saxlanılıb. Bu haqda 2 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində T.Cavadov və Z.Ələkbərov narkotik vasitə ilə saxlanılıblar. Məlum olub ki, onlar Nərimanov, Səbail və Nəsimi rayonları və Sumqayıt şəhəri ərazisində 13 nəfərin mobil telefonlarını oğurlayıblar, 1 nəfərdən isə mobil telefonunu dələduzluq yolu ilə ələ keçiriblər.
Faktla bağlı araşdırma davam edir.