Bakıda yol polisi əməkdaşlarını təhqir edən sürücü həbs edilib. Bu haqda bu gün, 4 fevral tarixində Caliber.az məlumat verib.
"Ford Fusion" markalı avtomobilini idarə edən Şahin Musayev Mikayıl Əliyev küçəsində manevr qaydalarını pozduğuna görə yol polis əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü polisləri təhqir edib. Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb, sürücü idarəyə aparılıb.
Sürücü ilə bağlı toplanmış materiallar Bakının Nizami Rayon Məhkəməsinə göndərilib, hakimin qərarı ilə Şahin Musayev 20 sutka inzibati qaydada həbs edilib.