Bakıda yük avtomobilindən düşən şüşənin parçaları ətrafa yayılıb. Bu haqda BakuPlus.az Baku Tv-ə istinadən 6 iyun tarixində xəbər verir.
Paytaxtın Heydər Əliyev prospektində hərəkətdə olan yük avtomobilindən yola şüşə düşüb. Hadisə nəticəsində şüşə parçaları ətrafa yayılıb.
İnsidentin görüntüləri qeydiyyat kameralarına düşüb.
Arxadan gələn maşına ciddi ziyan dəyib.