Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsi cəhdi olub. Bu haqda bu gün, 25 mart tarixində Bakuplus.az Penitensiar Xidmətinə istinadən xəbər verir.
Ağdaş rayon sakini Vüsal Məmmədov tanışı, 18 il azadlıqdan məhrum edilmiş Amin Kazımova sovqat gətirib. Baxış zamanı məhkuma gətirilmiş dezodorant qabının içində gizlədilmiş “Samsung” markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.