Bakı Mühəndislik Universitetinin tələbəsi itkin düşüb. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
21 yaşlı Lamiyə Binnətova 1 aprel tarixində təhsil müəssisəsindən çıxıb və naməlum istiqamətdə gedib. Bu günə qədər ondan xəbər yoxdur.
Onu görənlərdən “102” qaynar xəttinə zəng etmələri xahiş olunur.
14:20 - Yenilənib
Lamiyə Binnətovanın sevdiyi oğlan ilə Masallı rayonuna getdiyi bildirilir.
“Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir”, - deyə qızın yaxınlarından biri deyib.
Lamiyənin axtarışı barədə polisə müraciətin də geri çəkildiyi qeyd olunub.