Bakı Metropolitenində sərnişinlərin təxliyəsinin səbəbi açıqlanıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Həzi Aslanov-İçərişəhər" xəttində hərəkət edən qatarda pis qoxu olub. Bu səbəbdən qatara baxış keçirilib.
“Qatarda texniki problem aşkar olunmayıb. Lakin vaqonda qoxu qaldığından, sərnişinlərin rahatlığı üçün qatar boşaldılıb və depoya yola salınıb”, - deyə Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.