Bakı Metropoliteninin "28 may" stansiyasında sərnişinlər qatardan düşürülüb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 23 aprel tarixində xəbər verir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatarda yaranan nasazlıqdan sonra köməkçi qatar xəttə buraxılıb:
“Təlimat tələblərinə uyğun olaraq həmin qatardan da sərnişinlər düşürülüb. Qatar xəttdən çıxarılır, buna görə də xəttdə 10-12 dəqiqə yubanma yaranıb. Amma qatarlararası interval qorunub saxlanılır".