Bakı - Minsk aviareysində sərnişin dünyasını dəyişib. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Təyyarə havada olan zaman sərnişinlərdən birinin vəziyyəti pisləşib. Bu səbəbdən hava gəmisi Samarada eniş etməyə məcbur olub, ancaq sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, mərhum müalicəsi olmayan xəstəlikdən əziyyət çəkirdi.
Faktla bağlı araşdırma aparılır.
16:25 - Yenilənmə:
Report-un verdiyi məlumata əsasən, təyyarə havada olan zaman 54 yaşlı azərbaycanlının halı pisləşib. Stüardessalar ona ilkin tibbi yardım göstərib, hava gəmisində fövqəladə vəziyyət elan edilərək Samarada təcili eniş olunub. Göyərtəyə dəvət olunan həkimlər sərnişinin vəfatını qeyd ediblər.
Ölümün səbəbinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görüləcək.