Bakının Məktəb Lisey Kompleksində çalışmış ingilis dili müəllimi Pərvanə Muradi vəfat edib. Bu haqda məlumat bu gün, 12 fevral tarixində təhsil müəssisəsinin Facebook səhifəsində verilib.
Paylaşımın şərhlərində qeyd edilir ki, o, illərlə beyin şişi xəstəliyi ilə mübarizə aparmışdır. Onun iki azyaşlı övladının yadigar qaldığı da qeyd olunur.
“Biz əsl müəllim, bir dəyər itirdik. Pərvanə müəllim həmişə yeni-yeni ideyaları ilə hamıya kömək etməyə, faydalı olmağa çalışırdı. Kollektivimiz adından ailəsinə dərin hüznlə başsağlığı verir, yaxınlarına səbr diləyirik”, - Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva bildirib.