Bakı-Qazax yolunda yük maşını ağır qəza törədib. Bu haqda videogörüntülər bu gün, 28 yanvar tarixində sosial şəbəkələrdə yayılıb.
Magistral yolun Qobustan qəsəbəsi ərazisində yük avtomobili körpüdən aşıb. Nəticədə nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Xəsarət alanlar barəsində məlumat yoxdur.