Paytaxt sakini Bakı - Quba yolunda qəza törədib. Bu haqda bu gün, 26 mart tarixində Bakuplus.az “Report”-a istinadən xəbər verir.
Sözügedən yolun 112-ci kilometrliyində 42 yaşlı Bakı sakini Orxan Ağayevin idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə Şabran sakini 64 yaşlı Həsən Nuriyevin sürücüsü olduğu “Qazel” markalı nəqliyyat vasitəsi toqquşub.
Hər iki sürücü xəstəxanaya yerləşdirilib. Təfərrüatlar araşdırılır.
[caption id="attachment_38224" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]