Sumqayıt şəhərində ağır yol qəzası nətiscəsində 3 nəfər ölüb. Bu haqda 18 fevral tarixində Bakuplus.az Bizim.media-ya istinadən xəbər verir.
Bakı-Quba yolunun Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində Suraxanı rayon sakini, 37 yaşlı Seymur Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə körpüdən aşıb.
Qəza nəticəsində Seymur Əliyev, onun həyat yoldaşı Fidan Ələkbərova və 1 yaşlı övladı Həmzə Əliyev hadisə yerində ölüblər.
Məlum olub ki, 17 fevral tarixində dəm qazından bacısının və onun ailəsinin 5 üzvünün rəhmətə getdiyini eşidən Fidan Ələkbərova, öz ailəsi ilə Qusara yola düşmüşdür.