Bakı sakini Dövlət sərhədindən narkotik keçirmək istədi. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
31 yaşlı Zeynalabdin Balakişiyev İran İslam Respublikasından narkotikləri Azərbaycan Respublikasının Biləsuvar rayonu ərazisinə keçirmək istəyən zaman saxlanılıb. Onun üzərində 18 kiloqram 385 qram marixuana və tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_66050" align="alignnone" width="800"]
Foto DSX-nin rəsmi saytı[/caption]